Fiziki bilet

Fiziki bilet

Kağız formatda təqdim olunan biletlər.

Çap olunmuş, əldə tutula bilən klassik bilet — tədbir girişində birbaşa göstərilir və xatirə olaraq saxlanılır.

Kağız formatda təqdim olunan biletlər

Fiziki bilet iTicket.AZ-in rəsmi bilet məntəqələri və kassalar tərəfindən kağız formatda təqdim olunan bilet növüdür. Tədbirə giriş zamanı biletin orijinalı nəzarət əməkdaşına təqdim edilməlidir.

Onlayn alınmış QR bileti sonradan fiziki biletlə əvəz etmək mümkün deyil. Bilet formatını seçməzdən öncə müvafiq tədbir üzrə təqdim olunan bilet formatları və mövcud satış imkanları ilə tanış olmağınız tövsiyə olunur.

Fiziki biletin əldə edilməsi

Fiziki biletləri iTicket.AZ-ın rəsmi kassalarından və satış məntəqələrindən birbaşa əldə etmək, həmçinin iTicket.AZ veb-saytı və mobil tətbiqi vasitəsilə onlayn sifariş etmək mümkündür.

Onlayn sifariş zamanı bileti dərhal bank kartı ilə ödəmək və ya “Nağd ödəniş” seçimini edərək ödənişi daha sonra kassada həyata keçirmək mümkündür.

Bank kartı ilə onlayn ödəniş edildikdə fiziki bileti daha sonra iTicket.AZ-ın kassalarından və ya satış məntəqələrindən təhvil ala bilərsiniz.

“Nağd ödəniş” seçildikdə sifariş 2 saat müddətində etibarlı qalır. Fiziki bilet həmin müddət ərzində iTicket.AZ-ın kassalarından və ya satış məntəqələrindən əldə edilməlidir.

Tədbirin başlamasına 48 saat və ya daha az vaxt qaldıqda onlayn sifariş zamanı “Nağd ödəniş” üsulu mövcud olmur.

Rəsmi satış məntəqələri sırasında “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən kassalar, Heydər Əliyev Sarayı, Bakı şəhəri üzrə 4 saylı və Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri, teatr kassaları və digər satış məntəqələri yer alır.

Kassaların və satış məntəqələrinin tam və aktual siyahısı ilə “Bilet satış məntəqələri” bölməsində tanış ola bilərsiniz.

Fiziki biletlə tədbirə giriş

Tədbir məkanına giriş zamanı fiziki biletin orijinalını nəzarət əməkdaşına təqdim edilməlidir. Bilet yoxlanıldıqdan sonra tədbir məkanına daxil ola bilərsiniz.

Bilet tədbir gününədək qorunmalı, üzərindəki məlumatların, ştrix-kodun və digər yoxlama elementlərinin zədələnməməsinə diqqət yetirilməlidir.

Biletin qorunması

Fiziki bilet sudan, palçıqdan, yüksək temperaturdan, birbaşa günəş şüalarından və digər zədələyici təsirlərdən qorunmalıdır.

Biletin üzərindəki məlumatlar və ya yoxlama üçün istifadə olunan hissə zədələndikdə bilet oxunmaya və tədbir məkanına giriş zamanı qəbul edilməyə bilər.

İtirilmiş və ya oğurlanmış fiziki biletin bərpası tədbirin şərtlərindən asılı olaraq mümkün ola bilər. Belə hallarda biletin dəyərinin 15%-i tutula bilər.

Qaytarılma və dəyişdirilmə

Fiziki biletlərin qaytarılması ilə bağlı şərtlər tədbirin statusundan və ödəniş üsulundan asılı olaraq müəyyən edilir. Ətraflı məlumat üçün “Biletin qaytarılması və dəyişdirilməsi” bölməsi ilə tanış ola bilərsiniz.

 

Fiziki biletlərin iTicket.AZ veb-saytı və mobil tətbiqi vasitəsilə onlayn qaytarılması mümkün deyil. Qaytarılma üçün fiziki biletin orijinalı ilə “28 Mall” və ya “Gənclik Mall” ticarət mərkəzində yerləşən satış məntəqələrimizdən birinə yaxınlaşmaq lazımdır.