
K-pop: Demon Ovçuları - Siyəzəndə

K-pop: Demon Ovçuları - Siyəzəndə
Təsvir
K-POP DEMON HUNTERS – Musiqili İnteraktiv Tamaşa
Parlaq işıq effektləri, canlı ifalar, dinamik K-pop rəqsləri, həyəcanlı döyüş səhnələri və tamaşaçıların birbaşa iştirak etdiyi interaktiv oyunlarla dolu bu tamaşa uşaqları və ailələri unudulmaz macəraya dəvət edir.
Səhnədə qəhrəmanlar qaranlıq qüvvələrə qarşı yalnız öz cəsarətləri ilə deyil, həm də musiqinin və dostluğun gücü ilə mübarizə aparırlar. Tamaşa boyunca balaca izləyicilər müxtəlif tapşırıqlarda iştirak edəcək, qəhrəmanlara kömək edəcək və final döyüşünün ayrılmaz hissəsinə çevriləcəklər.
Sizi gözləyir:
- Musiqilər, rəqslər və flashmoblar
- Möhtəşəm K-pop xoreoqrafiyaları
- Peşəkar səhnə dekorasiyası
- Xüsusi işıq, tüstü və vizual effektlər
- İnteraktiv oyunlar
- Ailəlik izlənilə biləcək həyəcan dolu macəra
Bu, sadəcə bir tamaşa deyil – musiqi, rəqs və fantaziyanın bir araya gəldiyi unikal səhnə təcrübəsidir.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
