

Baku Comic Con EXPO 2026
Təsvir
Dünyaca məşhur aktyor Tom Wlaschiha (Game of Thrones və Stranger Things seriallarındakı məşhur rolları ilə tanınır) ilk dəfə Bakıya gəlir!
13 sentyabr 2026-cı il tarixində Baku Expo Center-də Qafqazın ən böyük pop-mədəniyyət festivalı — Baku Film & Comic Con keçiriləcək. Festival kino, seriallar, anime, komikslər, video oyunları və kosplyeyə həsr olunub.
Bir gün ərzində sizi beynəlxalq qonaqlar, möhtəşəm səhnə proqramı, müsabiqələr, oyun zonaları, tematik stendlər və hər yaşdan ziyarətçi üçün onlarla interaktiv fəaliyyət gözləyir.
Sizi nələr gözləyir?
- Tom Wlaschiha ilə görüş;
- Aktyordan şəxsi avtoqraf almaq imkanı;
- Tom Wlaschiha ilə birgə selfie çəkmək imkanı;
- Tom Wlaschiha ilə eksklüziv səhnə paneli və Q&A sessiyası;
- Dəvət olunmuş qonaqlarla VIP Meet & Greet görüşləri;
- Beynəlxalq kospley qonaqları, foto və avtoqraf sessiyaları;
- Peşəkar və həvəskar kosplye müsabiqələri;
- K-pop çıxışları və əsas səhnədə möhtəşəm şou proqramı;
- Oyun zonası və müxtəlif interaktiv əyləncələr;
- Rəssamlar, komiks müəllifləri və illüstratorların iştirak etdiyi Artist Alley;
- Film, serial, anime, komiks və video oyun mövzularında eksklüziv məhsullar;
- Tematik fotozonalar;
- Pulsuz master-klasslar, tərəfdaş fəaliyyətləri və xüsusi festival zonaları;
- Food Court və müxtəlif yemək-içki məkanları.
Festival proqramı üzərində işlər davam edir. Yaxın zamanda yeni beynəlxalq qonaqlar, əlavə fəaliyyətlər və digər elanlar təqdim olunacaq.
Qafqazın ən böyük pop-mədəniyyət tədbirlərindən birinin iştirakçısı olun və Tom Wlaschiha ilə Bakıda şəxsən görüşmək fürsətini qaçırmayın!
🎟️ BİLETLƏR
🎟️ EARLY BIRD
Xüsusi qiymətlə giriş bileti — 30 AZN.
Early Bird biletlərinin sayı məhduddur. İlk partiya satıldıqdan sonra yalnız Standard kateqoriyalı biletlər 40 AZN qiymətinə satışda olacaq.
Biletə daxildir:
• Festivala giriş;
• Festivalın bütün açıq zonalarına giriş;
• Əsas səhnə və bütün şou proqramına giriş;
• Tom Wlaschiha ilə Q&A sessiyası;
• Peşəkar və həvəskar kosplye müsabiqələri;
• K-pop çıxışları;
• Oyun zonası;
• Artist Alley;
• Tematik fotozonalar;
• Tərəfdaş stendləri;
• Food Court və festivalın digər fəaliyyətləri.
Vacib: qonaqlar ilə Selfie + Autograph Package ayrıca əldə edilir.
⭐ VIP EXPERIENCE
Tom Wlaschiha ilə ən eksklüziv görüş formatı. VIP paketlərin sayı ciddi şəkildə məhduddur.
VIP EXPERIENCE paketinə daxildir:
- Festivala giriş bileti və standart biletə daxil olan bütün imkanlar;
- Növbəsiz ayrıca VIP giriş;
- Saat 10:00-dan etibarən erkən giriş;
- Tom Wlaschiha ilə qapalı VIP Meet & Greet görüşü;
- Aktyorla şəxsi ünsiyyət;
- Şəxsi telefonunuzla bir selfie;
- Bir şəxsi avtoqraf;
- İslam Gəncəyev ilə qapalı VIP Meet & Greet görüşü;
- İslam Gəncəyev ilə ünsiyyət, selfie və avtoqraf;
- Digər ulduz qonaqlarla şəxsi görüş və ya avtoqraf (qonaqların siyahısı yenilənəcək);
- Meet & Greet zamanı yüngül qəlyanaltılar və içkilər;
- Əsas səhnənin qarşısında ən yaxşı yerlərə malik VIP zona;
- Festival boyu VIP zonasında içkilər;
- Foto və avtoqraf sessiyalarına, master-klasslara və digər fəaliyyətlərə prioritet giriş;
- Eksklüziv VIP beyc;
- Eksklüziv VIP lanyardı;
- Festivalın eksklüziv hədiyyə dəsti.
📸 SELFIE + AUTOGRAPH PACKAGE
Tom Wlaschiha ilə selfie çəkdirin və şəxsi avtoqraf əldə edin.
Paketə daxildir:
- Şəxsi mobil telefonunuzla birgə selfie;
- Öz əşyanızda və ya BFCC-nin rəsmi posterində bir şəxsi avtoqraf.
Vacib: Bu paketdən istifadə etmək üçün ayrıca festival giriş bileti alınmalıdır.
📸 SELFIE + AUTOGRAPH PACKAGE
Islam Gəncəyev ilə selfie çəkdirin və şəxsi avtoqraf əldə edin.
Paketə daxildir:
- Şəxsi mobil telefonunuzla birgə selfie;
- Öz əşyanızda və ya BFCC-nin rəsmi posterində bir şəxsi avtoqraf.
Vacib: Bu paketdən istifadə etmək üçün ayrıca festival giriş bileti alınmalıdır.
📅 Proqram
Festivalın ətraflı proqramı tədbirdən bir neçə gün əvvəl bu səhifədə dərc olunacaq.
Əsas səhnənin cədvəli, Tom Wlaschiha ilə Q&A sessiyası, foto və avtoqraf sessiyaları, müsabiqələr və digər fəaliyyətlərlə bağlı bütün yeniliklər bu səhifədə cosplayfest.az saytında və Azerbaijan Cosplay Festivals-ın rəsmi Instagram hesabında (@cosplayfestaz) paylaşılacaq.
Qaydalar
• Bu tədbir üçün biletlər QR bilet və ya fiziki bilet formatında əldə edilə bilər. Fiziki biletlər iTicket.AZ satış məntəqələrində təqdim olunur.
• QR biletlər tədbir günü aktivləşdirilir. Tədbirə giriş zamanı QR biletdən istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmağınız tələb olunur.
• Tədbirə giriş zamanı bilet yalnız orijinal formatda təqdim edilməlidir. Biletin surəti, fotoşəkli, skan edilmiş və ya digər qeyri-orijinal nüsxələri ilə girişə icazə verilmir.
