

Arem Özgüç & Arman Aydın
Təsvir
Hit mahnıları, səs-küy yaradan remiksləri və prodüser işləri ilə rəqəmsal dünyada geniş auditoriyaya çatan duet, HITMAKERS layihəsi çərçivəsində hazırladıqları işlərlə yalnız Türkiyədə deyil, beynəlxalq musiqi siyahılarında da adından söz etdirir.
Manifest, Lvbel C5, Mor ve Ötesi, Kenan Doğulu, Oğuzhan Koç, Buray, Zeynep Bastık, Eypio, Reynmen və Tiësto kimi bir çox məşhur sənətçi ilə uğurlu layihələrə imza atan Arem Özgüç & Arman Aydın, yüksək templi setləri və güclü səhnə enerjisi ilə 4 dekabr gecəsi Bakıda elektron musiqisevərlərə unudulmaz anlar yaşadacaq.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
